Artıq vaxtdır, NATO müharibə elan etsin – Kissincerdən fəlakət ssenarisi

“ABŞ-la Çin dünya və insanlığın mövcudluğu üçün əsas təhdiddir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

O, hər iki dövlətin bir-biri ilə konflikt kursu götürdüklərini və artıq bunu etiraf etməli olduqlarını bildirib. Kissincer iki ölkə arasında münasibətlərin gərgin olduğunu və hər şeyin Birinci Dünya müharibəsindən öncəki vəziyyəti xatırlatdığını vurğulayıb:

“Heç bir tərəfin siyasi güzəştlər üçün əhəmiyyətli imkanları yoxdur. Balansı pozacaq istənilən şey fəlakətli nəticələrə gətirib çıxara bilər”.

H.Kissincer Tayvan yaxınlığında baş verəcək toqquşmanın dünya iqtisadiyyatını dağıdacağını söyləyib. Bununla belə, o, Ukraynanın NATO-ya qəbulu və onun Rusiyaya qarşı savaşa qatılmasına qarşı çıxmayıb. Əksinə, bunu “Ukraynanın öz ərazilərini qaytarması üçün imkan” adlandırıb.

Kissincer artıq Rusiyanın əvvəlki kimi təhdid olmadığını söyləyib:

“Biz Ukraynanı o qədər silahlandırmışıq ki, o, Avropada ən çox strateji təcrübəsi olan rəhbərliyə sahib, ən silahlanmış ölkə olacaq. Əgər müharibə bitəndə Rusiya hər şeyi itirib, Sevastopolu saxlasa, o zaman narazı Rusiya və narazı Ukrayna olacaq. Ona görə də Avropanın təhlükəsizliyi üçün Ukraynanı NATO-ya daxil etmək daha məqsədəuyğundur”.

İlkin Həsənov
Globalinfo.az