
“Araz-Naxçıvan” – “Omoniya” oyunu 4-0 qonaqların qələbəsi ilə başa çatdı.
***
Jovetiç 58-ci dəqiqədə dördüncü qolu vurdu: 0-4.
***
Evandro 55-ci dəqiqədə fərqi üçə çatdırdı: 0-3.
***22-ci dəqiqədə Louzio özünün və komandasının ikinci qoluna imza atdı: 0-2.
***
Görüşün 12-ci dəqiqəsində Louzio qonaqları hesabda önə çıxardı: 0-1.
***
Matç başladı.
***
“Sabah” və “Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasında növbəti oyunlarına çıxacaq.
Globalinfo.az xəbər verir ki, “Sabah” turnirin 3-cü raundunda Bolqarıstanın “Levski” (Sofiya), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” komandası ilə mübarizə aparacaq.
Paytaxt klubu ilk oyunu səfərdə keçirəcək. Bu görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Naxçıvan təmsilçisi isə “Omoniya” ilə ilk sınağına doğma meydanda çıxacaq. Bu komandaların ilk oyununda Çexiyadan olan hakimlər söz sahibi olacaqlar.
Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
7 avqust
20:00. Araz-Naxçıvan – Omoniya
Baş hakim: Andrey Berka (Çexiya)
“Dalğa Arena”.
22:00. Levski – Sabah
Baş hakim: Duye Strukan (Xorvatiya)
“Georgi Asparuxov” stadionu.
***
Komandalar oyunda aşağıdakı heyətlə çıxış edəcək:
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, 70. Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
“Omoniya”: 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu
Baş məşqçi: Henninq Berq














