Araz çayında boğulan yeniyetmə futbolçu imiş – FOTO

Araz çayında boğulan yeniyetmə futbolçu imiş - FOTO

Araz çayında boğulan yeniyetmənin cəsədi tapılıb.

Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında tapılıb. Cəsəd müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kənan Ramazanlı “Araz Saatlı” futbol klubunun 14 yaşlılar komandasında oynayırdı.

***15:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub.

Araz çayında boğulan yeniyetmə futbolçu imiş - FOTO