Araqçı Türkiyədəki iclasda iştirak edəcəkmi?

Araqçı Türkiyədəki iclasda iştirak edəcəkmi?

İranın xarici işlər naziri Abbas Araqçı “3+3” regional platformasının Türkiyədə keçiriləcək iclasında iştirak edəcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə istinadən “Sabah” qəzeti yayıb.

Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionu ölkələrinin və onların qonşularının (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) geniş əməkdaşlığını nəzərdə tutur. Platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub.

Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.

Üçüncü iclasın Türkiyədə keçirilməsi planlaşdırılır. Görüşün dəqiq tarixi hələ açıqlanmayıb.