Araqçı Qətərə getdi: HƏMAS rəhbərliyi ilə görüşəcək

Araqçı Qətərə getdi: HƏMAS rəhbərliyi ilə görüşəcək

İranın xarici işlər naziri Abbas Araqçı Qətərə gedib və orada HƏMAS-ın nümayəndələri ilə danışıqlar aparacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfər zamanı HƏMAS-ın yüksək səviyyəli nümayəndələri ilə görüş və Fələstində baş verən son hadisələrin müzakirəsi planlaşdırılır”, – məlumatda deyilir.

Qeyd olunur ki, Araqçı Qətər rəhbərliyi ilə də görüşəcək, tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edəcək.