Araqçı Pakistan və Hindistana gedir – Vasitəçilik başladı?

Araqçı Pakistan və Hindistana gedir – Vasitəçilik başladı?

İranın xarici işlər naziri Abbas Araqçı mayın 5-i Pakistana, ardınca isə Hindistana səfər edəcək.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.

Onun sözlərinə görə, Araqçının planlaşdırılan səfəri qonşu ölkələrlə müntəzəm məsləhətləşmələrin bir hissəsidir.

Mətbuat katibi bildirib ki, səfər zamanı xarici işlər naziri Pakistanın yüksək vəzifəli rəsmiləri ilə görüşərək ikitərəfli əlaqələri, həmçinin son regional və beynəlxalq hadisələri müzakirə edəcək.

O əlavə edib ki, Abbas Araqçı həftənin sonunda Hindistana rəsmi səfərə gedəcək.

Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik yaşandığı məqamda Araqçının səfəri diqqət çəkib.