Araqçı Omana heyət göndərilməsi ilə bağlı açıqlama yaydı

Araqçı Omana heyət göndərilməsi ilə bağlı açıqlama yaydı

İranın xarici işlər naziri Abbas Araqçı nümayəndə heyətinin Oman səfəri ilə bağlı yayılan xəbərləri təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Əl-Cəzirə” kanalına müsahibəsində danışıb.

“Hazırda heç bir nümayəndə heyətinə rəhbərlik etmirəm və Oman səfərim də olmayıb. Bu barədə yayılan məlumatlar doğru deyil”, – Araqçı deyib.

Aysel Əliyeva
Globalinfo.az