Araikin gizli görüşü: yaxın ətrafına deyib ki, Bakı ilə… – ŞOK

Araikin gizli görüşü: yaxın ətrafına deyib ki, Bakı ilə... – ŞOK

Xankəndidəki separatçıların lideri Araik Arutyunyan bir neçə gün əvvəl Moskvadan qayıdıb və orada bir sıra görüşlər keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Araik artıq Xankəndidədir:

“Öyrəndik ki, Arutyunyan öz yaxın ətrafını toplayıb və istefa mövzusunun hələlik bağlandığını, yaxın müddət ərzində seçkilərin olmayacağını elan edib. O deyib ki, uzunmüddətli və sərt müqavimətə hazırlaşmaq, atəşə cavab vermək, təxribatların qarşısını almaq, diversantları məhv etmək, Qarabağda normal həyatı bərpa etmək, alternativ yola başlamaq və qarşıdan gələn müharibəyə hazırlaşaraq silahlanmaq lazımdır. Arutyunyan qarşılarında iki yolun olduğunu açıqlayıb: ya Qarabağdan çıxmaq, ya da “müstəqilliyi” qorumaqla döyüşmək və lazım gələrsə ölmək”.

Separatçı-terrorçu lider Azərbaycana inteqrasiyanın gündəmdə olmadığını açıqlayıb.

Tamerlan Yayaqan
Globalinfo.az