“Araik Arutyunyanın istefası ilə bağlı məsələnin gündəmə gətirilməsi elə onun özü tərəfindən planlaşdırılıb”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni Teleqram kanalları çıxış ediblər.
Bu plan sayəsində Qarabağın Azərbaycanın tam nəzarətinə veriləcəyi iddia edilib:
“Arutyunyanın istefaya göndərilməsi ilə bağlı “parlament spikerinin” tələbi Araikin özü tərəfindən çoxdan planlaşdırılıb və o, Ermənistan baş naziri Nikol Paşinyanla razılaşdırılıb. Bu onların Qarabağın Azərbaycana verilməsi planının tərkib hissəsidir”.
Qeyd edək ki, dünən separatçıların “spikeri” Araik Arutyunyanı istefaya səsləyib.
İlkin Həsənov
Glıobalinfo.az














