Araik Arutyunyan təcili iclas keçirdi – Deyib ki, Azərbaycan…

Araik Arutyunyan təcili iclas keçirdi – Deyib ki, Azərbaycan...

Qarabağdakı separatçı tör-töküntünün başçısı Araik Arutyunyan təcili iclas keçirib.

Globalinfo.az xəbər verir ki, iclasda separatçı-terrorçu rejimin oyuncaq “qurumlarının nümayəndələri”, saxta “güc strukturlarının rəhbərləri” iştirakı ediblər.

Toplantıda dərinləşən humanitar və təhlükəsizlik problemlərinin həlli istiqamətində “atılacaq addımlar” müzakirə edilib.

Araik deyib ki, Azərbaycanın Qarabağla bağlı mövqeyinə görə indiki məqamda separatçıların daxili resurslardan səmərəli istifadə etməsi zəruridir.

O həmçinin yenə hansısa “blokadadan” danışıb və “xarici siyasi səylərin aktivləşdirilməsinin zəruriliyini” vurğulayıb.

Qeyd edək ki, rəsmi Bakının separatçı rejimin ləğvi istiqamətində qəti mövqe ortaya qoyması bu saxta qurumda təşvişi artırıb.

Tamerlan Yayaqan
Globalinfo.az