Entoni Blinken Prezident İlham Əliyevə zəng edib

İyunun 20-də ABŞ Dövlət Katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Globalinfo.az xəbər verir ki, Dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişi istiqamətində davamlı irəliləyişini tanıyıb və gecikmədən sazişin bağlanmasının vacibliyini vurğulayıb.

O, Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən şəkildə gələcək əməkdaşlığı dəstəkləməyə hazır olduğunu bildirib. ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkərimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. O qeyd edib ki, ABŞ COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.

 

Safura Bənnayeva
Globalinfo.az