Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İş adamları ilə şam yeməyində təxminən 160 min dollar toplanıb.
Globalinfo.az xəbər verir ki, naharın təşəbbüskarı ölkədə kiçik və orta biznesin inkişafına töhfə vermək istədiklərini açıqlayıblar.
Şam yeməyində iştirak edənlərin hər biri 1 milyon dram ödəyib.
Vəsait Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fonduna köçürüləcək. Fondun sosial şəbəkələrdəki hesablarında pulların ölkədə kiçik və orta biznesin inkişafına yönəldiləcəyi yazılıb.
Tədbirdə sahibkar olmaq istəyən şəxslərin işlərindən ibarət sərgi-yarmarka da keçirilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az













