Qarlı hava qayıdır: Ankarada məktəblər bağlandı

Qarlı hava qayıdır: Ankarada məktəblər bağlandı

Əlverişsiz hava şəraiti ilə əlaqədar sabah Türkiyənin paytaxtı Ankarada məktəblər bağlanacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ankara valisi Vasip Şahin sosial media hesabında yazıb.

“Eləcə də güclü külək və tufan gözlənildiyi üçün valiliyimizə tabe olan bütün təhsil-tədris ocaqlarında və kurslarda təhsil gün boyu dayandırılır”, – o qeyd edib.

Dövlət idarələrində çalışan 10 yaşadək uşağı olan qadınlar, hamilələr və əlillər məzuniyyətdə hesab olunacaqlar.