Amerikalı senatordan sülh AÇIQLAMASI: “Bakı ilə İrəvan arasında saziş…”

Amerikalı senatordan sülh AÇIQLAMASI: "Bakı ilə İrəvan arasında saziş..."

Bakı və İrəvan müstəqil regional gələcəyə doğru irəliləyir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ senatoru, respublikaçı Stiv Daines “The Wall Street Journal”a yazdığı məqalədə qeyd edib.

ABŞ senatoru hesab edir ki, Bakı və İrəvanın müstəqil regional gələcəyə doğru irəliləməsi fonunda Cənubi Qafqaz beynəlxalq əməkdaşlıq üçün strateji istiqamətə çevrilir.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan daha müstəqil xarici siyasət yürütməyə çalışır və perspektivləri beynəlxalq ictimaiyyətlə yaxınlaşmaqda görür.

Daines Orta Dəhlizə xüsusi diqqət yetirərək, onu Şərqlə Qərb arasında perspektivli marşrut adlandırıb.

Senatorun fikrincə, Bakı ilə İrəvan arasında sülh sazişi həm Cənubi Qafqaz ölkələri, həm də daha geniş beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar aça bilər.

Əliyar Xəlil

Globalinfo.az