“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqların konstruktiv keçdiyini hesab edirik”.
Globalinfo.az xəbər verir ki, bunu ATƏT sədri Yan Borqla birlikdə İrəvanda birgə mətbuat konfransında Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib.
A.Mirzoyan qeyd edib ki, danışıqlar dəfələrlə səsləndirilən prinsiplərə uyğun davam edir.













