Almaniya hakimiyyəti Ukraynaya iki ədəd “Patriot” hava hücumundan müdafiə sistemi verməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, bu qərar yalnız bir şərtlə qüvvəyə minə bilər:
“Biz öz tərəfimizdən iki sistemi verə bilərik, lakin 6-8 ay ərzində onların dəyişdirilməsinə dair etibarlı zəmanətimiz olmasa, bu baş verməyəcək”, – deyə Pistorius vurğulayıb.
O əlavə edib ki, əgər Bundesverin (Almaniya ordusu) ehtiyatında kifayət qədər sistem qalmazsa, o zaman alman qoşunlarının Patriot sistemlərindən istifadə üzrə hazırlığı mümkün olmayacaq.
Qeyd edək ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp da Ukraynaya yeni silah və texnika, o cümlədən Patriot sistemləri verməyə söz verib. O, konkret say açıqlamasa da, Avropa İttifaqının bu sistemlərin dəyərini ABŞ-a ödəməli olacağını bildirib.
Tahir Turan














