Almaniya Prezidenti Qazaxıstana gedir

Almaniya Prezidenti Qazaxıstana gedir

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer iyunun 19-da Qazaxıstana səfər edəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səfər Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə baş tutacaq.

İyunun 21-dək davam edəcək səfər zamanı ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək. Tərəflər arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır.