Alma ixracı Azərbaycana 20 milyon dollara yaxın valyuta gətirib

Alma ixracı Azərbaycana 20 milyon dollara yaxın valyuta gətirib

Bu ilin birinci rübündə Azərbaycanın alma ixracından gəliri 19,3 milyon dollar olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Globalinfo.az-a verilən məlumata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 2,8 milyon dollar və ya 17 faiz çoxdur.

 

2024-cü ilin birinci Azərbaycanın bu məhsulun ixracından gəliri 16,5 milyon dollar olmuşdu.