Alen Delonun ailəsi açıqlama yaydı

Alen Delonun ailəsi açıqlama yaydı

Alen Delonun övladları – Alen-Fabien, Anuşka və Entoni aktyorun Fransanın Souls kommunasında yerləşən evində dinc şəkildə dünyasını dəyişdiyini bildirərək atalarının ölüm səbəbini açıqlayıblar.

Ailədən verilən rəsmi açıqlamada əfsanəvi sənətçinin “uzun sürən xəstəlik” nəticəsində öldüyünə aydınlıq gətirilib.

Xatırladaq ki, Alen Delon 88 yaşında dünyasını dəyişib. Ona xərçəng və Alzheymer xəstəliyi diaqnozu qoyulmuşdu.

***10:08

Dünya şöhrətli aktyor Alen Delon vəfat edib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “France-Presse” məlumat yayıb.

Aktyor 88 yaşında dünyasını dəyişib.

O, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.