Tanınmış aktyor ölüm xəbərini özü yayıb? – Açıqlama

Tanınmış aktyor ölüm xəbərini özü yayıb? - Açıqlama

Bir neçə gün əvvəl ölüm xəbəri yayılan aktyor Ruslan Sabirli ötən gün bunu təkzib edib. O bildirib ki, telefonunu oğurlayan şəxs onun ölüm xəbərini yayıb.

Sosial şəbəkələrdə aktyorun gündəm yaratmaq üçün öz ölüm xəbərini yaydığı iddia edilib.

Globalinfo.az-a danışan Ruslan Sabirli deyilənlərin əsassız olduğunu bildirib.

“Kim necə istəyir, elə də fikirləşə bilər. Kiminsə fikirlərinə məhdudiyyət qoya bilmərik. Yaşananları mən, ailəm, yaxınlarım yaşadı. Onu düşünənlərə deyəcək sözüm yoxdur”, – o deyib.

Qeyd edək ki, bir neçə gün öncə aktyor Ruslan Sabirlinin ölüm xəbəri yayılıb. Onun İnstaqram səhifəsinin “hekayə” bölümündə “Sevimli aktyorumuz. Allah rəhmət eləsin Ruslan Sabirli” yazılmış post paylaşılıb. Daha sonra xəbərin əsassız olduğu bildirilib.

Zaira Akifqızı
Globalinfo.az