Ermənistanda aksiya genişlənir: Keçmiş prokuror da etirazlara qoşuldu

Ermənistanın keçmiş baş prokuroru Paşinyanın istefası tələbi ilə aksiyaya qoşulub.

Globalinfo.az xəbər verir ki, bu barədə sabiq prokuror Artur Davtyan özü məlumat verib.

O, keşiş Baqrat Qalstanyanın müəllimlərlə görüşündə də iştirak edib.

Qeyd edək ki, hərəkatın lideri Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirir.

Keşiş həmçinin siyasi sahənin müxtəlif nümayəndələri, mədəniyyət xadimləri və ehtiyatda olan zabitlərlə görüşəcəyini açıqlayıb. O, insanları böyük mitinqə dəvət edib.

“Yaxın günlərdə hüquqşünaslar və iqtisadçılarla görüşəcəyik. Bu görüşlərdən sonra biz böyük mitinq təşkil edəcəyik Bizə geniş ictimai barışıq lazımdır”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az