Akif Qurbanov və Fərid İsmayılov barəsində cinayət işi açıldı – YENİLƏNİB

Akif Qurbanov və Fərid İsmayılov barəsində cinayət işi açıldı - YENİLƏNİB

“Toplum TV”nin əməkdaşı Fərid İsmayilov barəsində də cinayət işi başlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə vəkili Zibeydə Sadıqova məlumat verib.

O bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

***

“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova bildirib.

Vəkilin sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.

***

“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətdən Globalinfo.az-a bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.