7 fevral 2024-cü il tarixində keçiriləcək Prezident seçkilərində bir çox tanınmış simalar öz səslərini İlham Əliyevə verəcəklərini açıqlayırlar.
Onlar arasında Xalq artisti Flora Kərimova da var. Bəstəkar Cavanşir Quliyev də bu haqda öz mövqeyini bildirib. Deyib ki, səsini İlham Əliyevə verəcək.
Bundan əlavə, bir neçə müxalif partiya sədrləri də İlham Əliyevi dəstəklədiklərini açıqlayıb.
Bəs Akif İslamzadə kimi dəstəkləyir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Akif İslamzadə birmənalı olaraq Prezident İlham Əliyevi dəstəklədiyini bildirib.
O, İlham Əliyevin alternativi olmadığını deyib:
“20 il müddətində özünü təsdiq etdi. Hərçənd mənim münasibətim tamam başqa idi, amma İlham Əliyev özünü bir dövlət adamı kimi necə lazımdır, təsdiq etməyi bacardı. Vəssalam…”
A.İslamzadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) seçkiləri boykot etməsinə də münasibət bildirib:
“Xalq Cəbhəsi Partiyasından əsər-əlamət qalmayıb. Boykot edir, etsin! Boykot etməyin nə mənası var axı? Bu gün prezidentliyə namizədliklərini irəli sürənlər bəyəm Prezident seçiləcəklərinə inanırlar? Boykot da təxmini belə bir şeydir.
Amma mənim kimi köhnə cəbhəçilər ki var, biz hər zaman cəbhəçi olaraq qalacağıq. Cəbhə şərti olaraq addır. Əzəldən millətə, Vətənə, torpağa bağlı olan bizlər, böyüklərimizə görmək nəsib olmayan müstəqilliyi gördük”.
Zaira Akifqızı
Globalinfo.az














