Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, danışıqların gedişi barədə rəsmi məlumat yoxdur.
Bildirilib ki, tərəflərin diqqət mərkəzində əsasən hərbi yardım, diplomatik dəstək və Avropa təhlükəsizliyi kontekstində yeni çağırışlar dayanır.
Tərəflər Ukraynada davam edən müharibənin dayandırılması üçün diplomatik yolları, o cümlədən İstanbulda keçirilmiş uğursuz atəşkəs danışıqlarını, Rusiyaya qarşı yeni sanksiyaları, müdafiə və ticarət sahəsində əməkdaşlığı və əsir mübadiləsini müzakirə ediblər .
Qeyd edək ki, bu, Ağ Evdəki qalmaqaldan sonra Zelenskinin Venslə ilk görüşü idi. Görüş Papa XIV Leo-nun taxta çıxma mərasimi zamanı baş tutub.
Əliyar Xəlil














