Ağ Evdə Trampla Netanyahu görüşdü

Ağ Evdə Trampla Netanyahu görüşdü

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Qəzza zolağında vəziyyətin nizamlanması imkanlarını müzakirə edəcəklər.

Danışıqlardan sonra tərəflər mətbuat konfransı keçirəcəklər.

Ağ Evdə Netanyahu ilə görüşü zamanı Tramp Qəzza sövdələşməsinin mümkünlüyünə çox arxayın olduğunu deyib.