“ABŞ hesab edir ki, Gürcüstan ikitərəfli münasibətlərin normallaşması üçün ilk olaraq konkret addımlar atıb, təkliflər hazırlayacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib.
“Müzakirələrdə əsas vurğulanan məsələ o idi ki, ABŞ Gürcüstanla əlaqələrini saxlamaq istəyir. İki ölkə arasında münasibətlərin normallaşması üçün ilkin addımı Gürcüstan hökuməti atmalıdır. Biz onlardan təkliflər gözləyirik”, – səfirliyin bəyanatında bildirilib.
Məlumatdan o da aydın olub ki, bir müddət öncə ABŞ konqresmenlərinin Tbilisi səfərində Mixail Saakaşvilinin taleyi müzakirə edilməyib.
Qeyd edək ki, səfər zamanı Gürcüstanın “boz kardinalı” sayılan Bidzina İvanişvili konqresmenləri qəbul etməyib.
Əliyar Xəlil
Globalinfo.az














