Adnan Əhmədzadənin həbs xəbəri yayıldı – DETALLAR

Adnan Əhmədzadənin həbs xəbəri yayıldı - DETALLAR

Tanınmış iş adamı, SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsi olunması ilə bağlı məlumat yayılıb.

Onun Azərbaycanda saxlanıldığı iddia olunur.  Adnan Əhmədzadənin həbsi haqda ilk xəbəri xarici media yayıb.

Globalinfo.az bildirir ki, “Parlament.ua” və fttc.com.ua portallarında bu mövzuda məlumat dərc edilib.

Mənbələrin iddiasına görə, A.Əhmədzadə neft fırıldağında şübhəli bilinərək saxlanıb. İddiaya əsasən, Əhmədzadə Azərbaycan neftini xam neft məhsulları ilə qarışdıraraq ölkə qanunvericiliyini kobud şəkildə pozub.

Qeyd olunur ki, bu həbs korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlardan biri kimi dəyərləndirilir və Bakının beynəlxalq nüfuzuna xələl gətirə biləcək şəxslərin qanunsuz fəaliyyətlərinin qarşısının alınmasına yönəlib.

Globalinfo.az