tramp 453

ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinin Venesuela sahillərində bir gəmini atəşə tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

O bildirib ki, ABŞ donanması bir neçə dəqiqə əvvəl narkotiklərlə dolu bir gəmini atəşə tutub.

Hələ ki hadisə ilə bağlı əlavə detallar açıqlamayıb.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın üç esminesi Venesuela sahillərinə yerləşib. Ağ Ev bunun “narkokartellərə qarşı əməliyyatlar” olduğunu bəyan edib. Venesuela Prezidenti Nikolas Maduro isə ölkəsinin son 100 ilin ən böyük hərbi təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb. Onun sözlərinə görə, ABŞ 1200 raketlər yüklənmiş gəmilərlə Venesualaya hücuma hazırlaşır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: