Ermənistan və ABŞ “Tramp Marşrutu”nun açılması üzrə detalların müzakirəsinə başlayıb.
Globalinfo.az xəbər verir ki, 42 kilometrlik bu marşrut Ermənistanın ərazisində, Sünik vilayəti boyunca yerləşir və Zəngəzur dəhlizinin bir hissəsi olaraq Azərbaycan əsas ərazisindən Naxçıvana keçid üçün kommunikasiya təmin edəcək.
Bu barədə Strasburqda brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Amerikan nümayəndə heyəti yaxınlarda Ermənistana səfər edib. Müzakirələr başladı və davam edəcək. ABŞ nümayəndələri hökumət və aidiyyəti qurumlarla bir sıra görüşlər keçiriblər. Proses zaman və diqqətli yanaşma tələb edir”, – Paşinyan vurğulayıb.
Baş nazir həmçinin bildirib ki, TRIPP layihəsi həm ABŞ, həm də beynəlxalq tərəfdaşların maraq dairəsində qalır. Hazırkı mərhələdə əsas müzakirə olunan məsələlər layihənin dizaynı və dəmir yolunun tikintisinin maliyyələşdirilməsidir.
Əliyar Xəlil














