ABŞ Ukraynaya elektrik şəbəkələrin təmiri üçün 325 milyon, humanitar yardım olaraq isə 290 milyon dollar vəsait ayıracaq.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Putin Ukraynanın enerji və elektrik sistemlərini hədəf almaq üçün hərəkətə keçib. Bu gün Putinin müharibəsi nəticəsində didərgin düşən milyonlarla insanı təmiz su, qida, sığınacaq, dərman kimi mühüm ləvazimatlarla təmin etmək üçün 290 milyon dollarlıq yeni humanitar yardım elan edirəm”- deyə Blinken vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














