Ukrayna ilə faydalı qazıntılarla bağlı saziş imzalamaq üçün bəzi detallar üzərində işləmək lazımdır.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Məlumata görə, ABŞ Kiyevin sülh naminə hansı güzəştlərə getməyə razı olduğunu öyrənməyə çalışır və sabah nümayəndə heyətləri arasında keçiriləcək görüş zamanı bu məsələ aydınlaşacaq.
“Biz bilmək istəyirik, Ukrayna həqiqətən də sadəcə sülh yox, həqiqi sülhdə maraqlıdırmı?!”, – Rubio deyib.
Dövlət katibi qeyd edib ki, Ukrayna ilə faydalı qazıntılarla bağlı saziş imzalamaq üçün bəzi detallar üzərində işləmək lazımdır.
Xatırladaq ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş martın 11-də keçiriləcək. Nümayəndə heyətlərinə ABŞ tərəfindən dövlət katibi Marko Rubio, зrezidentin təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Ukrayna tərəfindən isə Prezident Ofisinin rəhbəri Andrey Yermak, XİN başçısı Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov daxildir.
Aysel Əliyeva
Globalinfo.az














