ABŞ söz verdi: Azərbaycan və Ermənistana…

Vaşinqton Bakı ilə İrəvan arasında kontaktları dəstəkləməkdə davam edir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib. O, ABŞ-ın iki ölkə arasında normallaşma işində dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanla Ermənistan konflikt 30 ildən çoxdur davam edir. Həm Bakı, həm də İrəvan sülh müqaviləsini COP29 sammitinə qədər imzalaya biləcəklərini açıqlayıblar. ABŞ dövlət katibinin müavini Ceyms Obrayen İrəvanda səfərdə olarkən deyib ki, Rusiyanın başının qarışıq olduğu dönəm ərzində iki ölkə təcili fürsətdən istifadə edərək müqaviləni imzalamalıdır.

Əliyar Xəlil
Globalinfo.az