
“Hər dəfə ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh olmasını istədiyi deyiləndə, Vaşinqtonun Bakı və Ankara üçün Zəngəzur dəhlizini açmağa çalışması ağlıma gəlir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Armen Abovyan deyib.
Abovyanın sözlərinə görə, Vaşinqton Cənubi Qafqaz üçün ermənilərsiz sülh planı hazırlayır:
“Məhz Qərb Türkiyə və Azərbaycana regionda əsas oyunçu kimi dəstək verir. Bundan sadə nəticə çıxarmaq olar. Sülh konsepsiyasını təşviq edən avroamerikalılar Ankara-Bakı tandeminin İrəvanın siyasi və fiziki demontajı planlarına müvafiq hərəkət edirlər”.
Əliyar Xəlil
Globalinfo.az














