ABŞ-ın Çin qorxusu – Ağ Ev TikToku qadağan edəcək

ABŞ prezident administrasiyası Çinin TikTok sosial şəbəkəsinin ölkədə istifadəsini qadağan edən qanun layihəsini dəstəkləyir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner deyib.

“Düşünürəm ki, Ağ Ev bu qanun layihəsini dəstəkləyir”, – o bildirib.

O qeyd edib ki, bu sosial şəbəkə amerikalı istifadəçilərin şəxsi məlumatlarının “sızması” baxımından təhlükə yaradır:

“Bu kanal (TikTok sosial şəbəkəsi) Kommunist Partiyasının (Çin) təbliğ etdiyi təbliğat və ya dezinformasiya üçün istifadə oluna bilər”.