ABŞ-ın tarifləri Aİ-nin ümumi ixracının 70 faizdən çoxuna təsir göstərir.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç Lüksemburqda Aİ nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın tarifləri Avropa İttifaqının 380 milyard avro dəyərindəki ixracını əhatə edir.
“ABŞ – bizim əsas ticarət tərəfdaşımız ilə ticarət münasibətlərimiz çətin mərhələdədir. Tariflər 380 milyard avroluq ixraca təsir edir. Yəni söhbət ondan gedir ki, ümumi ixracın 70 faizdən çoxu 20 faiz, 25 faiz və daha yüksək tariflərlə üzləşir,” – deyə o vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az














