ABŞ-ın Suriyadakı bazasında təşviş: İrandan hücum gözlənilir

ABŞ-ın Suriyadakı bazasında təşviş: İrandan hücum gözlənilir

ABŞ-ın Suriyanın şimal-şərqində yerləşən Kəsrək bölgəsindəki böyük hərbi bazası İran və ona bağlı silahlı qruplaşmalar tərəfindən hücum ehtimalına görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

Məlumata görə, bazada həyəcan siqnalı verilib, ABŞ hərbçiləri mümkün hava hücumuna qarşı müdafiə sistemlərini hazırlayıblar.

Suriya təhlükəsizlik xidmətindəki mənbə “Syria TV”yə bildirib ki, Kəsrək bazasında Həsəkə vilayətində qalan əsas Amerika qüvvələri cəmlənib.

Qeyd edək ki, daha əvvəl İranın “Mehr” agentliyi həmin ABŞ hərbi obyektinin günün birinci yarısında minaatanlarla atəşə tutulduğunu yazmışdı. Hadisədən sonra bir neçə Amerika helikopteri havaya qalxıb və əsgərlər bazaya yaxın əraziləri yoxlamağa başlayıblar.

Aysel Əliyeva
Globalinfo.az