1754587968 1749149151 media tramp9 gfpm09

“Amerika sursatlarının əksəriyyəti ABŞ-dan kənarda yerləşən ölkələrdə saxlanılır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da qeyd edib.

O, ölkəsinin çoxlu sayda əlavə yüksək keyfiyyətli silahlarının olduğunu bildirib.

Qeyd edək ki, “CNN” daha əvvəl ABŞ ordusunun İrana qarşı əməliyyatda raket ehtiyatlarının tükəndiyini yazmışdı.

Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: