ABŞ-da havaya qalxan təyyarə alovlandı – VİDEO

ABŞ-da havaya qalxan təyyarə alovlandı - VİDEO

ABŞ-da təyyarə Hyuston hava limanında havaya qalxarkən təyyarənin qanadı qəfildən alovlanıb.

Globalinfo.az xəbər verir ki, uçuş dayandırılıb və sərnişinlər təxliyə edilib.

Təyyarədə 104 sərnişin və 5 ekipaj üzvü olub. Xəsarət alan olmayıb.

Məlumatda bildirilib ki, mühərrikdəki nasazlıqlar səbəbindən qanad sahəsində yanğın başlayıb. Federal Aviasiya Administrasiyası hadisənin səbəblərini araşdırır.