ABŞ Cənubi Qafqazı qana çalxalayır: Qorxunc ssenari işə düşüb

ABŞ Cənubi Qafqazı qana çalxalayır: Qorxunc ssenari işə düşüb

20 il öncə postsovet məkanına və Cənubi Qafqaza nəzarəti Gürcüstan üzərindən həyata keçirən Qərbin inqilab gücü Tbilisi küçələrində sındırıldı. Eks-prezident Mixail Saakaşvili layihəsini uğurla həyata keçirdikdən sonra Ukraynada oxşar ssenarini işə saldı.

Bu gün Qərb rəngli inqilablarla heç nəyə nail ola bilmir. Nə qədər cəhd göstərsə də, alınmır. Sonuncu dəfə bu layihəni Ermənistanda sınaqdan çıxardı. 2018-ci il may ayında Serj Sərkisyanın hakimiyyətdən getməsi, Nikol Paşinyanın iqtidara gətirilməsi Soros Fondunun maliyyə, ABŞ-ın siyasi, media dəstəyi ilə baş tutdu.

Hazırda Qərbin bu resursu tükənmiş kimi görünür. Burda bir məqamı da nəzərə almaq lazımdır: 2018-ci il Ermənistan olayları postsovet ölkələrinin hakimiyyətlərini önləyici tədbirlər görməyə vadar etdi. Qərbə bağlı media, QHT-lər, siyasi lider kimi yetişdirilmiş təsir agentləri xeyli zəiflədildi. Artıq Qərb Rusiyaya Ukrayna və Gürcüstana uduzur. Cənubi Qafqazda da bu rıçaqdan məhrum qalıb. Gerçəklik budur ki, ABŞ-ın inqilablar yolu ilə ölkələri qarışdırması, iqtidar dəyişikliyi etməsi indi o qədər də asan deyil.

Globalinfo.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, ABŞ rəngli inqilablar ssenarisindən geniş şəkildə istifadə edir və bu təbii ki, onun həmin ölkədə təsirini gücləndirmək məqsədi daşıyır:

“ABŞ dost və yaxın adlandırdığı ölkələrə belə bu cür ssenari tətbiq edib. Misal üçün, ilk dəfə bu plan Yuqoslaviyada icra edildi. 2000-ci illərdə isə Ukrayna, Gürcüstan da, sonra isə Qırğızıstanda inqilab ssenariləri tətbiq edilməyə çalışıldı. Özü də ABŞ planını “demokratiya ixrac etmək” adı altında edib. Nəticə isə hər zaman xaos və anarxiya ilə yadda qalır.

İraq və Əfqanıstan, Ukrayna və Gürcüstan buna ən yaxşı misaldır. Həmin ölkələr bu gün də sabitlik tapa bilmir. İndi ABŞ yenə Gürcüstanda oyunlar qurur, eyni zamanda Ermənistana müdaxilə edir”.
Ekspert deyib ki, ABŞ-da sırf bu işlə məşğul olan müxtəlif beyin mərkəzləri, ictimai institutlar var:

“ABŞ hələ də özünü dünyanın hakimi hesab edir. Vaşinqton elə düşünür ki, digər ölkələrin taleyi barədə də hökmlər verə bilər. Dəfələrlə Azərbaycanda da belə müdaxilələrə cəhd olub. 2003 – cü ildə baş verən hadisələr, 2005-ci ildə insanların narıncı köynəklərlə küçələrə çıxması buna sübutdur.

Bunların hamısı Qərb dövlətləri tərəfindən təşkil edilmişdi. Ancaq Azərbaycan xalqı onların bu oyunlarına getmədi. ABŞ yenə eyni ssenariləri təkrar etmək istəyir. Artıq xalqlar ABŞ-ın vədlərinə inanmırlar”.

Turan Rzayev
Globalinfo.az