Livanda səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı bu ölkənin Baş naziri Nəcib Mikati ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
N.Mikati görüş zamanı çətin anlarda Livan hökumətinə və xalqına dəstək verdiyinə görə, İrana təşəkkür edib.
Baş nazir Araqçını Livandakı son hadisələrlə bağlı məlumatlandırıb, həmçinin BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyini pisləyib.
***11:59
İranın xarici işlər naziri Abbas Araqçı Livanın paytaxtı Beyruta səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Onun səfər çərçivəsində Livanın baş naziri Nəcib Mikati və parlamentin spikeri Nəbih Berri ilə görüşəcəyi gözlənilir.
Məlumata görə, iki ölkə rəsmiləri Livandakı son hadisələri və regional vəziyyəti müzakirə edəcəklər.














