“Avropa Birliyi Ermənistanla viza liberallaşdırılmasının qarşılığında ondan gey-paradların keçirilməsinə icazə verilməsini tələb edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya üçün Alternativ Partiyasının deputatı Valdemar Gerdt deyib.
“Çox insan Ermənistanı tərk edib Avropa Birliyinə gedəcək. Nəticədə Ermənistan AB-dən asılı olacaq. Bu, Ermənistanı AB-yə yaxın, Rusiyaya uzaq edəcək. Sonuncu dəfə Ermənistan anqlosaksları aldatmaq istəyəndə əvvəlcə Ağrı dağı, sonra Qarabağı itirdi. İndi Ermənistan dövlətçiliyi təhlükə altındadır.
Ermənistanı düşmənlərindən yalnız Rusiya qoruyub. Əgər bu gün öz müdafiəçinizdən əl çəksəniz, hər şey bitəcək. Ölkə yoxsul, əhalisi kiçikdir, buna görə də Ermənistanı Rusiyaya qarşı eskalasiya ocağı kimi istifadə etmək istəyirlər”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az














