1795255021 87b29d8e4b537e3ffce33ff993416ca2

“Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri 2025-ci ildə qurulmuş Strateji Tərəfdaşlığı konkret iqtisadi, logistik və diplomatik layihələrlə möhkəmləndirmək məqsədi daşıyır”.

Bu sözləri Globalinfo.az-a deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Azərbaycan və Vyetnam 66 ilə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir:

“İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur.

Son illər iki ölkə arasında intensiv əməkdaşlıq əlaqələri var. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi artır, neft-qaz sənayesində əlaqələr inkişaf edir, kiçik və orta biznesin qarşılıqlı fəaliyyəti üçün platformalar yaradılır. Eyni zamanda, xüsusilə Azərbaycanın tranzit qovşağı kimi artan əhəmiyyətini nəzərə alaraq, mədəni dialoq gücləndirilir, nəqliyyat və logistika sahəsində yeni perspektivlər açılır.

Azərbaycan ilə Vyetnam qarşılıqlı olaraq milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verirlər.

musfiq ceferov 9 900x614 1
Müşfiq Cəfərov

Cənab Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, hazırda  Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.

Cənab Prezidentin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri bundan sonrakı münasibətlərə müsbət təsir edəcəkdir. Hər iki ölkə arasındakı əməkdaşlığın əhatəsi daha da genişlənəcəkdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: