Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş baş tutub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prospektləri ilə davam edib.
Yürüş hər kəs tərəfindən böyük coşqu ilə qarşılanıb.



