ly 91

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Dilqəm Pişəvəri küçəsindən başlayıb.

Hərbi qulluqçular orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərinin Əziz Əliyev küçəsi və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər parkı”nadək davam edib.

Təşkil olunan yürüşdə hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndirilib.

ly 92 ly 93 ly 94

Paylaş: