Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə səfər edəcək.
Globalinfo.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran bildirib.
İstanbulda baş tutacaq görüşlərdə tərəflər Türkiyə-Ukrayna münasibətlərinin inkişafı perspektivləri, həmçinin Rusiya-Ukrayna savaşı, Qara dənizdəki təhlükəsizlik vəziyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.
Əliyar Xəlil,