psik

“Yeni Konstitusiyanın qəbul edilməsi bizim seçki proqramımızda yer alır və biz səslərin mütləq əksəriyyətini əldə etmişik. Buna görə də həmin proqramı həyata keçirməliyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə deyib.

“Dünən parlamentdəki müzakirədən anladım ki, elə bir təklif hazırlamaq mümkündür ki, müxalifət ondan imtina edə bilməsin. Lakin biz bunu formalaşdırmaq üçün çalışmalıyıq”, – o qeyd edib.

Paşinyna əlavə edib ki, növbədənkənar seçkilərə ehtiyac yaranmaması ehtimalı yüksəkdir. Onun sözlərinə görə, bunun əvəzinə müxalifətin imtina edə bilməyəcəyi bir təklif hazırlanacaq.

Qeyd edək ki, rəsmi Bakı Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını əsas şərtlərdən biri kimi irəli sürür.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: