hh i ankaxutyan hrchakagri teq n374820 1

“Ermənistanın İstiqlal Bəyannaməsinin mətni mahiyyət etibarilə dövlətçilik əleyhinədir”.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu mətnə əsaslanaraq müstəqil dövlətə sahib olmaq qeyri-mümkündür, çünki həmin sənəd əslində dövlət qurmağın qeyri-mümkülüyündən xəbər verir. Biz keçmişimizdən düzgün nəticə çıxarmalıyıq”, – deyə vurğulayan Paşinyan əlavə edib ki, gələcək yeni Konstitusiya birbaşa dövlətin əbədiyyəti və uzunömürlülüyü prinsipinə söykənəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: