“Hörmüz boğazı İran silahlı qüvvələrinin nəzarəti altındadır və Tehranın irəli sürdüyü şərtlər tam yerinə yetirilənədək açılmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib
O iddia edib ki, ABŞ-nin Tehranın nüvə və raket potensialını məhv etmək məqsədi ilə başlayan hədəfləri İran hakimiyyətini devirməyə və ölkəni parçalamağa qədər genişlənib.
Əkrəminiya ABŞ-nin gizli məqsədinin “Böyük İsrail” planını həyata keçirmək və İsrailin regionda üstünlüyünü təmin etmək olduğunu bildirib.