putin zelenski 900x472 1

Prezident Volodimir Zelenski ilk dəfə olaraq Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində Rusiya üçün təhlükəsizlik zəmanətlərinin zəruri olduğunu etiraf edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

“Zelenski deyib ki, Qərb ölkələri nəticə etibarilə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini müzakirə edəcək”, – deyə bildirilib.

Lakin Ukrayna liderinin fikrincə, əvvəlcə hərbi əməliyyatlar dayandırılmalı və Kiyevin təhlükəsizliyi tam təmin olunmalıdır.

Qəzet qeyd edir ki, bu bəyanatlar Zelenskinin Finlandiya Prezidenti Stubb və Norveçinin Baş naziri Stör ilə telefon danışığından cəmi bir neçə saat sonra səslənib.

Həmin danışıqlar isə öz növbəsində Finlandiya və Norveç liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə apardıqları müzakirələrin ardınca baş tutmuşdu.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: