“Azərbaycan danışıqlar zamanı Ermənistan qarşısında birbaşa Konstitusiyanın dəyişdirilməsi tələbini irəli sürmür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Onlar “Gedin, Konstitusiyanızı dəyişin” demirlər. Sadəcə bildirirlər ki, Konstitusiya dəyişməyənədək sazişi imzalamayacaqlar”, – deyə nazir qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az